“Əlləri bağlı, dırnaqları çıxarılmış və torpağa basdırılmış ukraynalılar” – Dünya mediasını ŞOKA SALAN FOTO

Əlləri bağlı, dırnaqları çıxarılmış və torpağa basdırılmış iki ukraynalının fotoları dünya mediasında geniş yer alıb və etirazla qarşılanıb.

Bu barədə Ukrayna Prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak məlumat verib. Podolyak hesab edir ki, rus əsgərlərinin hərbi cinayətləri Rusiyanın terrorizmin dövlət himayədarı kimi tanınması üçün əsas olmalıdır.

Kiyev vilayətinin Kalinovka kəndində iki mülki şəxsin cəsədi ilə daha bir məzar tapılıb. Rus işğalçılarının qurbanlarının əlləri arxadan bağlanıb.

  • “Dırnaqları çıxarılıb. Əllər bağlanıb. Kiyev vilayətinin Kalinovka kəndində daha iki mülki vətəndaşın məzarı tapılıb. İşğal olunmuş ərazilərdə hazırda nə qədər belə cinayətlər törədilir? Rusiya dinc əhalinin terroru yolunu seçib və terrorizmin sponsoru olan dövlət kimi tanınmalıdır”, – Podolyak Twitter-də yazıb.

Bu günlərdə Kiyev vilayətinin Şevçenkove kəndində hüquq-mühafizə orqanlarının əməkdaşları zirzəmilərdən birinin ərazisinə baxış keçirərkən rus hərbçiləri tərəfindən güllələnərək öldürülmüş 6 nəfərin meyitini aşkar ediblər.

Focusun yazdığına görə, jurnalistlər Mariupol yaxınlığında 300 metrlik kütləvi məzarlıq tapıblar.

Xatırladaq ki, aprelin 29-da Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev yaxınlığında 900 nəfərin cəsədi ilə yeni kütləvi məzarlığın tapıldığını açıqlayıb. Prezident etiraf edib ki, Rusiya Federasiyasının hərbi təcavüzü zamanı ölənlərin ümumi sayını müəyyən etmək üçün araşdırma və əhalinin yeni siyahıyaalınması tələb olunacaq.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest