Əli İnsanovun da partiyası qeydiyyata alındı

Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

Bu barədə onun özü sosial media hesabında məlumat yayıb.

O qeyd edib ki, 21 oktyabr tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə partiya rəsmisinə təqdim edilib.

Xatırladaq ki, bu gün Azərbaycan Yüksəliş Partiyası (AYP) da dövlət qeydiyyatına alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest