“Əli Həsənovun oğlu çıxsın ortaya, yoxsa… ” – Dilqəm Əsgərov da qalmaqala qoşuldu – VİDEO

Xəbər verdiyimiz kimi, erməni girovluğunda 7 ilə yaxın müddətdə qalmış Şahbaz Quliyev Kəlbəcərə getməsi barədə sensasiyalı açıqlama verib. 

O, Dilqəmlə onu Kəlbəcərə həmin vaxt baş nazirin müavini olan, “Qaçqınkom”un keçmiş sədri Əli Həsənovun göndərdiyini deyib. Ə.Həsənov Şahbaz Quliyevlə Dilqəm Əsgərovun Kəlbəcərə göndərməsi ilə bağlı iddialarına münasibətində Şahbazı tanımadığını deyib, məlumatları öyrənmək üçün Dilqəm Əsgərova müraciət etməyi məsləhət görüb.

“Qaçqınkom”un keçmiş sədrinin bu açıqlaması müzakirə yaradıb. Əli Həsənovun Dilqəmi tanıması, amma Şahbazı tanımaması geniş müzakirələrə yol açıb.

Cebhe TV-nin bununla bağlı suallarını Dilqəm Əsgərov canlı videobağlantı vasitəsilə cavablandırıb:

“Əli Həsənovun avtomatı, qumbarası var?! Əli Həsənovun ixtiyarı çatırmı ki, bunu etsin?! Mən buradan Əli Həsənovun oğluna müraciət edirəm. Birbaşa Əli Həsənovu istəyən, onun təmizliyinə inanan insanlar əgər varsa, çıxsınlar ortaya. Şahbaz Quliyev məhkəməyə verilsin. Silahlar, avtomat, qumbara, tapança mənlikdir. Haradan almışamsa, Azərbaycan jurnalistlərinin gözü qarşısında sübut edim. Məndə faktlar var. Avtomatların hər birinin nömrəsi var. Hardan almağım barədə faktlarım var. Mənim oğlum 24 yaşında bütün dünyanı gəzərək məni müdafiə etdi. İndi də Əli Həsənovun oğlu çıxsın atasını müdafiə etsin”. 

Dilqəm Əsgərov Əli Həsənovun oğlundan kömək istəyib:

“Əli Həsənovun oğlu da yəqin ki, özü kimi vətənpərvər, layaqətli adamdır. Çıxsın ortaya mənə kömək etsin. Əgər etməsə, 30 qoyunum var, satıb, özümə vəkil tutub, bu işi həll etmək üçün gəlib Bakıda oturacağam. Bu məsələni axıra qədər araşdıracağam. Sübut edəcəyəm ki, Şahbaz Quliyev Bakıdakı ermənilərdən Əli Həsənova qarşı göstəriş alır. Şahbaz Əli Həsənova qarşı yalan ittiham qaldırır”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest