Əli Həsənovun EROTİK VİDEOSU… ƏTRAFLI

Atalar deyib ki: “Quyunu dərin qaz, dayaz qaz, sonda ora özün düşəcəksən”. Necəki Prezidentin sabiq köməkçisi Əli Həsənov çoxlarına quyu qazdı. Sonda hərləndi. fırlandı o quyuya özü düşdü. Bu gün çox az sabiqlərdəndir ki, Əli Həsənov lənətlə xatırlanır. Çünki, onun Azərbaycan cəmiyyətinə, mənəviyyatına, xüsusilə də mətbuata vurduğu yaralar heç zaman sağalmayacaq.

Törətdikləri bütün naqisliklərdən sonra səssziz durmaq, unudulmaq əvəzinə bu varlıq yenə dinc dayanmır. Kimlərəsə yenə torba tikmək istəyir… Beləki, ötən gün Əli Həsənov özünün Facebook səhifəsində bir məlumat paylaşıb. Əvvəlcə həmin məlumatı təqdim edirik:

Dediyinə görə guya kimsə bunu şantaj etmək fikrinə düşüb. Amma onun bu iddiası o qədər də inandırıcı görünmür. Çünki, Əli Həsənov artıq tükənib. Onun ölüdən heç bir fərqi yoxdur. Ona görə də bundan sonra onun kimsə tərəfindən şantaj olunması fikri heç də inandırıcı görünmür. Əgər doğrudan da belə bir şantajyor varsa əminliklə deyə bilərəm ki, o da Əli Həsənovun öz yetirmələrindən və yaxud keçmiş “yaxınlarından” biridir. Yəqin əli aşağıdır. Şantaj edib Əlidən bir az pul qopartmaq istəyir.

Təsadüfi deyil ki, Əli Həsənovun bu vay-həşiri sosial şəbəkələrdə nifrətlə qarşılanıb. Və paylaşıma status yazanlar bu işdə günahkar kimi Əli Həsənovun özünü görürlər. Buyurun baxın:

Göründüyü kimi hər kəs bu məsələdə Əli Həsənovun özünü günahkar sayır. Bu da təsadüfi deyil. Çünki, bu şantaj məsələsi Əli Həsənovun köbək adıdır. Vaxtilə o qədər məmuru, ziyalını, jurnalisti iyrənc yollarla şantaş edib,pul qopardıb ki, saymaqla qurtarmaq olmaz.

Tək bir faktı deyəcəm. Amma müəyyən səbəblərdən qəhrəmanımın adını çəkməyəcəm. Təxminən 2000-ci illərin əvvəli idi. Bir həmkarım söhbət əsnasında mənə dedi ki: “Mən jurnalistikadan gedəsi oldum”. Soruşdum ki”Niyə?” Dedi ki” O gün Əli Həsənovun bir adamı mənə zəng etmişdi. Dedi ki, dilini dinc saxlamasan qızlarının başına gələcəklərə hazır ol”. Bax buna görə. Axı, bu işdə qızlarımın günahı nədir?”.

İndi o istedadlı qələm sahibi Əli Həsənova görə jurnalistikadan getdi. Hələ neçə jurnalistin intim videolarını təşkil edib yaymasını demirəm. Bəs o adamların şərəfi, ləyaqəti və çevrəsi yox idi?!

Bax, Əli Həsənov həmin adamların ahıdır ki, səni tutur. Aciz qalmısan, yalqız qalmısan. Dünən şərikli “çörək” qazandığın “dostların” bu gün sənə qarşı çevrilib. Bu da təsadüfi deyil. Çünki şərəfsiz şantajyorlar üçün əsas puldur. Onlar üçün başqa dəyər yoxdur. Ona görə də yığdığın haram pullardan ver, canını qurtar. Yoxsa yaraladığın, şikəst qoyduğun bu cəmiyyətdən sənə haray yoxdur.

Surxay Atakişiyev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest