Əli Həsənov tanınmaz hala düşüb-FOTO

Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənovdan xəbər var. Xəbərdə deyilir ki, “Əli Həsənov iflic olub”. Sosial şəbəkələrdə manşetlərdə yayılan xəbərə foto da əlavə olunub.

Fotodan aydın görünür ki, Əli Həsənovun sifətinin sol hissəsi tamamilə iflic olub.

Maraqlı məsələ ondadır ki, fotoya rəy yazanların hamısı birmənalı şəkildə Əli Həsənovu lənətləyir. Təbii ki, o statusu yazanlar fikirlərində haqlıdırlar. Amma burda bir təəssüf doğuran məqam var. Əli Həsənov sıradan bir şəxs olmayıb. O, ən azı 25 il ali dövlət qurumunda yüksək post tutub, ölkədə söz və hökm sahibi olub. Və çoxlarımız və yəqin ki, o statusu yazanların əksəriyyəti Əli Həsənova şapan vurub, onunla təmasa can atıb.

Bax, məsələnin acı tərəfidə budur.

O ki, qaldı Əli Həsənova. Bu dünyada hər kəs əkdiyini biçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest