“Əbədi gəncliyimin sirri aktiv həyat, idman və …” – Müğənni yaşını açıqladı

Gözəlliyi və bədən quruluşu ilə hər kəsi heyran edən Rusiyanın tanınmış müğənnisi Yekaterina Andreyeva hansı yaşda olduğunu açıqlayıb.

Rus mediası xəbər verir ki, müğənni 1961-ci ildə anadan olduğunu və ötən il 60 yaşını qeyd etdiyini bildirib. “Güzgüdə özünüzə daimi baxmaq çox vacibdir. Çünki gözünüz bəzi dəyişiklikləri görür”.

Andreyeva hesab edir ki, hər gün öz üzərində işləmək daha vacibdir: idman etmək, düzgün yemək və effektiv kosmetik prosedurlar etmək: “Diqqətinizi özünüzü necə görmək istədiyinizə yönəldin, çox idmanla məşğul olun, mehriban olun, insanlara hirslənməyin, əsəblərinizi itirməyin, paxıllıq etməyin və yaxşı krem ​​alın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest